525.Az

Ötən il “Qazprom” 194 milyard kubmetr qaz ixrac edib


 

Ötən il “Qazprom” 194 milyard kubmetr qaz ixrac edib<b style="color:red"></b>

"Rusiyanın “Qazprom” şirkətinin hasilat kompleksinin gücü 550 mlrd. kubmetr təşkil edir". 

“APA-Economics”in məlumatına görə, bunu “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib. Onun sözlərinə görə, şirkətin 2017-ci ildəki illik hasilatı 471 mlrd. kubmetr olub ki, bu da şirkətə operativ və əminliklə Rusiya istehlakçılarının payız-qış mövsümü tələbatını, həmçinin Rusiya qazını xarici bazarlara artan tələbatını təmin etməyə imkan verir. 

A.Miller qeyd edib ki, şirkət qaz nəqli sistemini tədricən yeniləyir: “Hazırda “Qazprom”un magistral qaz kəmərlərinin uzunluğu 170 min kilometrdən artıq təşkil edir. Bu, dünyada ən iri qaz nəqli sistemidir”. 

A. Miller deyib ki, "Qazprom" dünyada ən iri qaz saxlama gücünə malikdir. Onun sözlərinə görə, 2018-ci ilin yanvarın 1-nə Rusiyada qazlaşdırma səviyyəsi 68,1% təşkil edirb: “Qazprom ötən il qaz ixracında tarixi rekord müəyyən edib. 2017-ci ildə bu rəqəm 194,4 mlrd. kubmetr təşkil edib. Hazırda şirkət Avropa qaz bazarında 34,7% paya malikdir. 1993-cü ildən bəri şirkət qaz ixracını 1,9 dəfə artırıb. Təkcə son 3 il ərzində qaz ixracı 30%-dən çox artıb. 2014-cü ildən bu günə qədər isə “Qazprom” 47 mlrd. kubmetrdən çox qaz ixrac edib”.

 





19.02.2018    çap et  çap et