525.Az

İraqda İŞİD-lə əməkdaşlıq edən azərbaycanlı qadınlara ömürlük həbs


 

İraqda İŞİD-lə əməkdaşlıq edən azərbaycanlı qadınlara ömürlük həbs <b style="color:red"></b>

İraqda 10-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb və ömürlük azadlıqdan məhrum edilib. 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Sumaira” telekanalı məlumat yayıb. 

Kanala müsahibə verən Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Sattar Birkdarın sözlərinə görə, həbs olunanlar İŞİD terror qruplaşması ilə əməkdaşlıqda ittiham olunurlar. Onların hamısı qadındır. 

Türkiyədən olan bir qadına isə edam cəzası verilib.

 





19.02.2018    çap et  çap et