525.Az

“Virtual Məkanda Azərbaycan” layihəsi çərçivəsində ilk təlim


 

“Virtual Məkanda Azərbaycan” layihəsi çərçivəsində ilk təlim <b style="color:red"></b>

Fevralın 18-də Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub.

“İrəli”dən verilən məlumata görə, Əməkdar jurnalist Ləman Əliəşrəfqızı gənclərə araşdırma texnologiyası, sisteminin işləmə mexanizmi, sənədli filmlərin hazırlanma metodologiyasından təlim keçib.

Təlim zanamı “Sərdar” sənədli filmi nümayiş olunub. Müzakirələr əsnasında film çəkilən zaman araşdırma işinin nə qədər müddət aldığı, hansı mərhələlərdən keçdiyi layihə iştirakçılarına bildirilib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır. Bu çərçivədə “Araşdırma texnologiyası”, “Vikipediya təlimləri”, “Sosial şəbəkələrdən səmərəli istifadə”, “Məqalənin düzgün yazılma qaydaları”, “Təlimçilər üçün təlim” kimi mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaq. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar isə yenilənəcək.

“İrəli” vikipediya qrupu “azerbaijanhistory.az” saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin əsas məqsədidir. 

CEYHUN

 





19.02.2018    çap et  çap et