525.Az

Dələduzluqda təqsirləndirilən əməkdar müəllimə hökm oxundu


 

Dələduzluqda təqsirləndirilən əməkdar müəllimə hökm oxundu<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. Ağayeva 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zərərçəkənlərə dəyən ziyanın 50 min manatdan az olduğunu nəzərə alaraq, külli miqdarda ziyanı xeyli miqdar kimi qiymətləndirib.

İttihama görə, N. Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyini vəd edib.
 
N. Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zemfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat alıb.
 
N. Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.
 
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
 
N.Ağayeva filologiya üzrə fəlsəfə doktorudur, əməkdar müəllim fəxri adına layiq görülüb.
 
O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.

 





19.02.2018    çap et  çap et