525.Az

Tərcümə işi ilə bağlı seçim turlarının müddəti uzadıldı


 

Tərcümə işi ilə bağlı seçim turlarının müddəti uzadıldı<b style="color:red"></b>

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (AzTC) dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması (müqavilələr əsasında əməkdaşlıq məqsədi ilə) üzrə seçim turları təşkil  edir.

Turlarda ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə dil və tərcümə qabiliyyətinin yoxlanılması, mütəxəssislərin sertifikatlaşdırılması nəzərdə tutulur.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər  mart ayının 1-dək  Mərkəzin [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir. Qeydiyyat üçün tələb olunan sənədlər bunlardır: Şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd (3x4) fotoşəkil və CV.

Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir. Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 123)

 





20.02.2018    çap et  çap et