525.Az

Yeni Bakı-Quba-Rusiya yolunun tikintisinə 150 milyon manat ayrıldı


 

Yeni Bakı-Quba-Rusiya yolunun tikintisinə 150 milyon manat ayrıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





20.02.2018    çap et  çap et