525.Az

Kreml prezidentlərin İstanbul görüşünü təsdiqlədi


 

Kreml prezidentlərin İstanbul görüşünü təsdiqlədi<b style="color:red"></b>

Rusiya, Türkiyə və İran prezidentlərinin apreldə İstanbulda üçtərəfli görüşü hazırlanır. 

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. 

“Belə bir görüş hazırlanır”, deyə V.Peskov vurğulayıb. Görüşdə ölkə liderləri Suriya məsələsini müzakirə etməyi planlaşdırırlar. 

Ötən gün Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin görüşünün tarixi məlum olub. Nazirlərinin görüşü martın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. 

Qeyd edək ki, fevralın 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.

 





20.02.2018    çap et  çap et