525.Az

Maduro Trampı dialoqa çağırdı


 

Maduro Trampı dialoqa çağırdı<b style="color:red"></b>

Venesuela prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampı dialoqa çağırıb. 

APA-nın xəbərinə görə, bu barədə N.Maduro özünün “Twitter” səhifəsində yazıb. 

"Donald Tramp bəyan edirdi ki, ABŞ-ın siyasəti digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdir. Bu sözlərə əməl edərək aqressiyadan dialoqa keçməyin vaxtı çatıb. Karakas və yaxud Vaşinqtonda - heç bir fərq yoxdur. Vaxt və yer, mən orada olacağam”, N.Maduro yazıb. 

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya qarşı neft embarqosunun tətbiqi ehtimalının nəzərdən keçirildiyini söyləyib.

 





20.02.2018    çap et  çap et