525.Az

Arzu Rəhimova iki müavin təyin edildi


 

Arzu Rəhimova iki müavin təyin edildi<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub. 

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini - Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib. 

Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

 





20.02.2018    çap et  çap et