525.Az

"Kiçik sahibkarlığa dəstək" sərgi-satış yarmarkası keçiriləcək


 

"Kiçik sahibkarlığa dəstək" sərgi-satış yarmarkası keçiriləcək<b style="color:red"></b>

Fevralın 27-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, yarmarkada kiçik sahibkarların əl işləri - suvenirlər, oyuncaqlar, ağacdan oymalar, eyni zamanda, bal məhsulları, müxtəlif növ qablaşdırma işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək.

Qeyd edək ki, yarmarka saat 12:00-dan 20.00-dək davam edəcək.

CEYHUN

 





20.02.2018    çap et  çap et