525.Az

"Beynəlxalq aləm Suriya probleminin əlində aciz qalıb"


 

"Beynəlxalq aləm Suriya probleminin əlində aciz qalıb"<b style="color:red"></b>

"Beynəlxalq iqtisadiyyat üçün Davos İqtisadi Forumu nədirsə, dünya təhlükəsizliyinin bütün aspektlərinin müzakirə müstəvisi baxımından Münhen Təhlükəsizlik Konfransı da odur".
 
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, konfransa hər il olduğu kimi onlarla dövlət başçısı, baş nazir, müdafi naziri, deputat və ekspertlər qatılıblar:

"Konfransda əvəlcədən razılaşdırılan çıxışlar olur, ancaq toplantının əsas əhəmiyyəti həyata keçirilən minlərlə qeyri-rəsmi müzakirələrdədir. Məhz bu müzakirələrdə ortaq nöqtələr tapılmağa çalışılır".

E.Şahinoğlunun sözlərinə görə,  dünya o qədər qarışıb və təhlükələr o qədər artıb ki, bir konfransla bunları yoluna qoymaq mümkün deyil:

"Elə təkcə Suriya nümunəsini göstərmək kifayətdir. Bu dövlət faktiki poliqona çevrilib, burada daha kimlər yoxdur - DAİŞ, "Əl Nusra", PYD, YPG və onlarla başqa terrorçu təşkilatlar. ABŞ, Rusiya, İran və Türkiyə hərçiləri də oradadır, İsraillə "Hezbollah" arasındakı toqquşmalar da tədricən bu əraziyə inikas olunub. Bir sözlə, beynəlxalq aləm "Suriya" adlı problemin əlində aciz qalıb".

Ceyhun ABASOV

 





20.02.2018    çap et  çap et