525.Az

Ədəbiyyat İnstitutunda ingilis dili kursları


 

Ədəbiyyat İnstitutunda ingilis dili kursları<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının, doktorant və dissertantlarının xarici dil biliklərinin artırılması məqsədi ilə ingilis dili kursları fəaliyyətə başlayıb. İlkin mərhələdə kurslar iki səviyyədə Başlanğıc (Beginner) və orta (İntermediate) dərslər keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə təsis edilən kurslar İnstitutda böyük maraqla qarşılanıb. İlkin mərhələdə İnstitutun 50-dən artıq əməkdaşı dərslərə başlayıb.

Kursların açılışı zamanı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov dərslər barədə məlumat verib. Bildirib ki, kursların təşkilində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyinin əsas məqsədi İnstitut əməkdaşlarının xarici dil biliyini yeni yüksək səviyyəyə qaldırmaq, Azərbaycan elminin dünya elminə qovuşdurmaq və müasir dünyanın tələblərinə uyğunlaşdırmaqdan ibarətdir.

Xatırladaq ki, kurslar iki qrup üzrə həftədə iki dəfə olmaqla keçirilir. Kursların müəllimləri filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova və Şəfa Əliyevadır. Hər iki müəllim ingilis dilinin tədrisi metodikası üzrə təcrübəyə malikdirlər.

 





20.02.2018    çap et  çap et