525.Az

Çavuşoğlu: "Əsəd Afrinlə bağlı qərarsızdır"


 

Çavuşoğlu: "Əsəd Afrinlə bağlı qərarsızdır"<b style="color:red"></b>

“Bizə Əsəd rejiminin Afrinə girməsi barədə məlumat gəlməyib. Əsad Afrinlə bağlı qərarsızdır".
 
APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem yaratmır: “Ancaq YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz. YPG-ni müdafiə edən dövlətlər bizim üçün YPG-nin özünə bərabərdir”.
 
M. Çavuşoğlu onu da qeyd edib ki, YPG Türkiyə ordusundan qorxduğu üçün Əsəd rejimini dəstək üçün çağırır. 

Qeyd edək ki, fevralın 19-da Suriya Dövlət Televiziyası bu ölkə hökuməti ilə PYD-YPG arasında əldə olunan razılığa əsasən Suriya ordusunun Afrinə girəcəyi barədə xəbər yayıb.

 





20.02.2018    çap et  çap et