525.Az

İstehlakçılar suölçən cihazlarla təmin ediləcəklər


 

İstehlakçılar suölçən cihazlarla təmin ediləcəklər<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 15 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 





21.02.2018    çap et  çap et