525.Az

Poroşenko: “Ukrayna Rusiyaya qarşı iddialar hazırlamalıdır”


 

Poroşenko: “Ukrayna Rusiyaya qarşı iddialar hazırlamalıdır”<b style="color:red"></b>

Ukrayna prezidenti Pyotr Poroşenko dəymiş ziyanın ödənilməsi üçün Rusiyaya qarşı iddiaların  hazırlanmasının vacibliyini qeyd edib. 

APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, P.Poroşenko konkret olaraq ziyanın mahiyyətini açıqlamayıb.   

“Biz Rusiya Federasiyasına qarşı iddiaları hazırlamaq üçün hər-hansı fürsəti əldən verməməliyik”, - deyə P.Poroşenko bildirib.   

Onun sözlərinə görə, burada söhbət tək siyasi məsələlərdən deyil, dəymiş ziyanın birbaşa ödənilməsindən gedir.   

“Mən əminəm ki, hüquqi mövqe həm dövlət maraqları baxımından, həm də kompensasiya baxımından ümumiləşdirilməlidir”, - deyə P.Poroşenko əlavə edib.

 





21.02.2018    çap et  çap et