525.Az

ABŞ səfiri məcburi köçkünlər üçün tikilmiş məktəbdə


 

ABŞ səfiri məcburi köçkünlər üçün tikilmiş məktəbdə <b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı bu gün Yeni Qala qəsəbəsində məcburi köçkünlər üçün tikintisi ABŞ tərəfindən maliyyələşdirilmiş 323 saylı məktəbi ziyarət ediblər. 

APA-nın məlumatına görə, diplomat və xanımı məktəbə kitablar toplusu hədiyyə edib. 

R. Sekuta tələbə və müəllimlər qarşısında çıxış edərək bildirib ki, illər əvvəl tikilən və açılışını sabiq səfir Enn Dörsinin etdiyi bu məktəbdə olmaqdan çox məmnundur:

"Məcburi köçkün icmaları ilə daha sıx əlaqələr qurmaq təşəbbüsümüzün bir hissəsi olaraq məktəbdə uşaqların tədrisə, oxumağa marağını daha da artırmaq üçün ingilis və Azərbaycan dilində kitablardan ibarət toplular gətirmişik. "Amerika rəfi" dediyimiz kitab topluları ilə Azərbaycanla uzunmüddətli əlaqələrimizi davam etdirmiş oluruq. 1991-ci ildən ABŞ Azərbaycana 1 milyard 300 milyon dollar məbləğində yardım göstərib. Bunlardan 125 milyon dolları məhz məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Bu vaxta kimi Azərbaycanın müxtəlif yerlərində 16 məktəb inşa etmişik. Bu il də 17-ci məktəbin inşasını nəzərdə tuturuq”. 

Səfir çıxışından sonra sinif otaqlarını gəzib və şagirdlərlə söhbətlər aparıb. 

Qeyd edək ki, səfirlik məktəbə 110 adda kitablar hədiyyə edib. Kitablar dünya ədəbiyyatına aid ingilis və rus dilində kitablardır.

 





21.02.2018    çap et  çap et