525.Az

I sinfə qəbul ediləcək uşaqların sayı açıqlandı


 

I sinfə qəbul ediləcək uşaqların sayı açıqlandı<b style="color:red"></b>

2018-2019-cu tədris ili üzrə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda I sinfə qəbulu gözlənilən uşaqların sayı açıqlanıb. 

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə I sinfə 16-17 min uşağın qəbulu planlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Bəşarət Məmmədov qeyd edib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

Sektor müdiri onu da qeyd edib ki, Bakı şəhəri üzrə I sinfə 51000-dən çox uşağın qəbulu gözlənilir.

 





21.02.2018    çap et  çap et