525.Az

Kaspşik Qazaxda RİH başçısı ilə görüşdü


 

Kaspşik Qazaxda RİH başçısı ilə görüşdü<b style="color:red"></b>

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirmək üçün bölgəyə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Qazax rayon İcra Hakimiyyətində (RİH) olub. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, RİH başçısı Rəcəb Babaşovla görüşən müşahidəçilər sərhəddə yerləşən kəndlərə yola düşüblər. 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinq keçiriləcək. 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparacaqlar.

 





21.02.2018    çap et  çap et