525.Az

"Vahidəm, ömrümü mən eşqlə sərf eyləmişəm..."


 

"Vahidəm, ömrümü mən eşqlə sərf eyləmişəm..."<b style="color:red"></b>

Maştağa qəsəbəsində yerləşən Əliağa Vahid adına 293 nömrəli məktəbdə görkəmli qəzəlxanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçiləri Ülviyyə Rufullayeva və Ceyhun Abbasov, Əməkdar incəsənət xadimi Aqil Məmmədov, Yazıçılar Birliyinin üzvü Arif Buzovnalı, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edərək ilk şeirlərini yazan Əliağa Vahid Azərbaycan ədəbi mühitinə misilsiz töhfələr bəxş edib. Klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında yayılan, dahi Füzulini özünün böyük ustadı adlandıran Əliağa Vahidin əsərləri sevilərək oxunur. Həmçinin bildirilib ki, onun qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edilir.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

XƏDİCƏ

 





21.02.2018    çap et  çap et