525.Az

Xoreoqrafiya Akademiyasında Beynəlxalq Ana dili günü


 

Xoreoqrafiya Akademiyasında Beynəlxalq Ana dili günü <b style="color:red"></b>

Dünən Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində Beynəlxalq Ana dili günü ilə bağlı tədbir keçirilib. Tədbirdə akademiyanın müəllim, professor, tələbə və şagird heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev Azərbaycan dilinin dünəni, bu günü haqqında geniş fikirlərini səsləndirib. O qeyd edib ki, Azərbaycan dilinin tarixi çox qədimdir. Bu dildə aşkarlanmış ən qədim yazılı abidələr bizə bunu deməyə əsas verir.

Daha sonra V.Əliyev "Dilimiz varlığımızdır" adlı məruzə ilə çıxış edib. O, bu məruzəsində Azərbaycan dilinin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini səsləndirib, bu istiqamətdə təhsil ocaqlarının əhəmiyyətini xüsusi qeyd edib.

Elmi seminarda çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhundə Atakişiyeva Azərbaycan dilinin zəngin qrammatikası, söz ehtiyatı, məna çalarlarından söz açıb. O deyib ki, Azərbaycan dili şeir dili, musiqi dilidir. Elə buna görə də bu dildə ədəbiyyat tarixinin ən gözəl nümunələri yaradılıb. Dosent çıxışından sonra Gülhüseyn Hüseynoğlunun "Azərbaycan dilim" şeirini səsləndirib.

Tədbirdə "Azərbaycan-Yapon dilləri paralelləri" adlı məruzə ilə çıxış edən akademiyanın Azərbaycan dili müəllimi Əbülfəz Babazadə yapon və Azərbaycan dillərində türk mənşəli sözlər, paralellərdən söz açıb. O, məruzəsində gətirdiyi misallarla yapon dilində bəzi sözlərin türk və Azərbaycan mənşəli olduğunu vurğulayıb. Buna misal olaraq, məruzəçi yapon dilindəki "iyi", "yoroşi" (yaxşı), "seki" (səki), "kokoro" (köks), "suy" (su), "mune" (məna) və s. kimi sözləri və onların dilimizdəki qarşılıqlarını göstərib.

Daha sonra akademiyanın müəllimləri çıxış edərək Azərbaycan dilinin tarixi haqqında danışıblar.

Şahanə MÜŞFİQ

 





21.02.2018    çap et  çap et