525.Az

Məleykə Abbaszadə Göyçayda vətəndaşları qəbul edəcək


 

Məleykə Abbaszadə Göyçayda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Göyçay şəhərində vətəndaşları qəbul edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin məlumatına görə, vətəndaşların qəbulu saat 10:00-da Göyçay şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Göyçay rayonu ilə yanaşı, Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, eləcə də bu bölgələrdə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Mərkəzin məlumatında bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya mərkəzin Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay şəhəri, R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: (020) 274 66 74) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyənlər Ucar, Kürdəmir, Ağsu rayon təhsil şöbələrinə də müraciətə edə bilərlər.

S.QARAYEVA

 





21.02.2018    çap et  çap et