525.Az

Məmmədyarov Cenevrəyə səfər edəcək


 

Məmmədyarov Cenevrəyə səfər edəcək<b style="color:red"></b>

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının Cenevrədə keçiriləcək 37-ci sessiyasında iştirak edəcək. 

Bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub. 

Sessiya fevralın 26-dan martın 23-dək keçiriləcək. 

Sessiyanın ilk həftəsində 100-ə yaxın ölkədən rəsmi şəxslərin iştirakı və çıxışı gözlənilir. 

İclasda E. Məmmədyarovun da çıxışı nəzərdə tutulub.

 





21.02.2018    çap et  çap et