525.Az

Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edildi


 

Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edildi<b style="color:red"></b>

Ukraynanın Sərhəd Xidməti 2021-ci il, fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru  Mixeil Saakaşvilinin ölkəyə girişini qadağan edib. 

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.

Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub. 

M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək  şikayət veriləcəyini bildirib.

 





22.02.2018    çap et  çap et