525.Az

Rusiya müdafiə nazirliyi: "Şərqi Quta üzrə sülh danışıqları pozulub"


 

Rusiya müdafiə nazirliyi: "Şərqi Quta üzrə sülh danışıqları pozulub"<b style="color:red"></b>

Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub. 

APA-nın xəbərinə görə, bu barədə Rusiya müdafiə nazirliyinin yaydığı bəyanatda bildirilir. 

“Şərqi Qutada kritik humanitar və sosial-iqtisadi vəziyyət yaranıb. Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin qeyri-qanuni hərbi birliklərə müqavimətin dayandırılması və silahları yerə qoymaq çağırışı nəticəsiz qalıb. Beləliklə, Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub”, məlumatda deyilir.

 





22.02.2018    çap et  çap et