525.Az

“Brit Awards” mükafatının sahibləri məlum oldu


 

“Brit Awards” mükafatının sahibləri məlum oldu<b style="color:red"></b>

Londonda 38-ci “Brit Awards” müsabiqəsi laureatlarının mükafatlandırma mərasimi keçirilib. 

APA-nın xəbərinə görə, “Ən yaxşı kişi ifaçı” adına reper STORMZY layiq görülüb. “Ən yaxşı qadın ifaçı” Dua Lipa  olub. “Ən yaxşı qrup” adına isə “Gorillaz” qrupu layiq görülüb.  “Ən yaxşı videoçarx” nominasiyasında Harri Staylz (“Sign Of The Times”) qalib gəlib. Rag'n'Bone Man-in ifasındakı "Human” "İlin ən yaxşı mahnısı" seçilib. 

“Ən yaxşı beynəlxalq qadın ifaçı” nominasiyasında müğənni Lord, “Ən yaxşı beynəlxalq kişi ifaçı” nominasiyasında isə Kendrik Lamar birinci olublar. "Dünya miqyasında uğur" nominasiyasında Ed Şiran qalib gəlib.

 





22.02.2018    çap et  çap et