525.Az

Meksika səfiri Dillər Festivalında iştirak etdi


 

Meksika səfiri Dillər Festivalında iştirak etdi<b style="color:red"></b>

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini 21 fevral - Ana Dili günü münasibətilə Beynəlxalq Azərbaycan Məktəbinin (TİSA) təşkil etdiyi Dillər Festivalında iştirak edib.

Səfirlikdən verilən məlumata görə, tədbirə fəxri qonaq kimi dəvət olunan Meksika səfiri çıxış edərək, ölkəsindəki linqvistik mühit barədə ətraflı məlumat verib.  O qeyd edib ki, Meksikanı dünyanın ən yüksək linqvistik müxtəlifliyə malik ölkələrdən biridir.

Diplomat, həmçinin, Meksikada yerli xalqların dillərinin möhkəmlənməsi, qorunması, inkişafı və təbliğinə yönəlmiş Yerli Dillərin Milli İnstitutu (INALI) haqqında danışıb.

Meksikada ana dilində danışmaq və təhsil almaq hüququ tanınır və qorunur, məhz ona görə, yerli əhali müəssisə, mədəni-ictimai məkanlar və kütləvi informasiya vasitələrində ünsiyyət qurmaq üçün öz dillərindən tam şəkildə istifadə edir. Bu linqvistik müxtəliflik meksikalılar tərəfindən yüksən qiymətləndirilir və onların mədəni irsi hesab olunur.

CEYHUN

 





22.02.2018    çap et  çap et