525.Az

Pxençxan-2018: İdmançımız finişə çata bilmədi


 

Pxençxan-2018: İdmançımız finişə çata bilmədi<b style="color:red"></b>

Azərbaycan 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, bu gün yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında bacarığını nümayiş etdirib.

106 idmançının qatıldığı mübarizədə 68-ci sıra nömrəsi ilə qüvvəsini sınayan avstriyalı legioner Soçi-2014-də olduğu kimi, bu dəfə də finişə çata bilməyib.

İlk cəhddə uğursuz çıxış edən Braxner mükafatçıların müəyyənləşəcəyi ikinci yürüşə qatılmayacaq.

 





22.02.2018    çap et  çap et