525.Az

ATƏT PA-nın qış sessiyası başlayır


 

ATƏT PA-nın qış sessiyası başlayır<b style="color:red"></b>

Bu gün ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası başlayır. 

APA-nın xəbərinə görə, Avstriyada keçiriləcək və iki gün davam edəcək toplantıda iqlim dəyişikliyinin qlobal fəsadlarına dair uzunmüddətli mübarizə strategiyanın hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silahların yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzuları müzakirə keçiriləcək. 

Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri - Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva iştirak edəcək.

 





22.02.2018    çap et  çap et