525.Az

Tədqiqatçı Teyyub Qurban vəfat etdi


 

Tədqiqatçı Teyyub Qurban vəfat etdi<b style="color:red"></b>

Tədqiqatçı və publisist Teyyub Qurban vəfat edib. 

Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib. 

T. Qurban fevralın 21-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum bu gün saat 14:00-da Bülbülə kənd qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Teyyub Qurban 1934-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. O, Azərbaycan Xalq Cümhuriyyəti və 1937-ci il repressiya dövrünün araşdırıcısı kimi tanınırdı. T. Qurban Mircəfər Bağırovu müdafiə edən çoxsaylı yazıların və kitabların müəllifidir.

 





22.02.2018    çap et  çap et