525.Az

"Sumqayıt hadisələrinə görə güllələnən Əhməd Əhmədova bəraət verilə bilər"


 

<b style="color:red">"Sumqayıt hadisələrinə görə güllələnən Əhməd Əhmədova bəraət verilə bilər"</b>

"Sumqayıt hadisələrinə görə təqsirləndirilən Əhməd Əhmədovun bəraət alması üçün hüquqi prosedurlara baxılacaq". 

APA-nın məlumatına görə, bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib. 

O, qeyd edib ki, Əhməd Əhmədov 1989-cu ildə güllələnib: "Hüquqi prosedurlara baxılacaq. Əsas olarsa, onun bəraət alması məsələsinə nəzərdə keçirilə bilər".

 





22.02.2018    çap et  çap et