525.Az

Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanlarının qoyulması mərasimi keçirildi


 

Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanlarının qoyulması mərasimi keçirildi<b style="color:red"></b>

Bu gün Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması mərasimi keçirilib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının üzvləri iştirak edib. 

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiyanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri general-leytenant Aleksey Buyerov çıxış ediblər.

Dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdırılacağı qeyd olunub.

 





22.02.2018    çap et  çap et