525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında fevralın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq  küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11,  Bakıda 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında fevralın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 





22.02.2018    çap et  çap et