525.Az

Sübahir Qurbanova 16, Teymur Quliyeva 16, Natəvan Mirvətovaya 12 il iş istəndi


 

Sübahir Qurbanova 16, Teymur Quliyeva 16, Natəvan Mirvətovaya 12 il iş istəndi<b style="color:red"></b>

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edir. 

O, təqsirləndirilən şəxslərdən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Dövlət ittihamçısı Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. 

Proses martın 1-də davam etdiriləcək.

 





22.02.2018    çap et  çap et