525.Az

Gənc istedadlar üçün aylıq təqaüdün məbləği 100 manat artırıldı


 

Gənc istedadlar üçün aylıq təqaüdün məbləği 100 manat artırıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.

 





22.02.2018    çap et  çap et