525.Az

Prezidentin fərdi təqaüdünün məbləği 150 manat artırıldı


 

Prezidentin fərdi təqaüdünün məbləği 150 manat artırıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.   

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib. 

Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.

 





22.02.2018    çap et  çap et