525.Az

Banişevskinin doğum günüdür


 

Banişevskinin doğum günüdür<b style="color:red"></b>

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür.

Apasport.az klubun saytına istinadən xəbər verir ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski "ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 

1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) "Neftçi”li "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudu.

 





23.02.2018    çap et  çap et