525.Az

Qvardiolanın təyyarəsində axtarış aparıldı


 

Qvardiolanın təyyarəsində axtarış aparıldı<b style="color:red"></b>

İspaniya polisi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb. 

Apasport.az saytının məlumatına görə, onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar. 

Belə ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gələn Qvardiolanın təyyarəsində axtarış isə ispan məşqçini olduqca məyus edib.

Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi.

 





24.02.2018    çap et  çap et