525.Az

Yeni e-xidmət istifadəyə verildi


 

Yeni e-xidmət istifadəyə verildi<b style="color:red"></b> Dövlət Sosial Müdafiə Fondu (DSMF) daha bir elektron xidmətin tətbiqinə başlayıb.
 
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent. az-a verilən məlumata görə, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”  adlı yeni e-xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir.
 
Yeni e-xidmət elektron hökumət portalının (www.e-gov.az) “Qeydiyyatsız xidmətlər” bölməsində yerləşdirilib. Xidmətdən istifadə qaydaları olduqca sadədir. Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ni, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər. SUN sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanı qazanır. Bu xidmətin istifadəyə verilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin asanlaşdırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunu son dərəcə azaldılmasına gətirib çıxaracaq.
 
Ötən ayların statistikasına  əsasən, DSMF tərəfindən göstərilən e-xidmətlər əhalinin ən çox müraciət etdiyi e-xidmətlərdir.  Belə ki, Fondun göstərdiyi  “Məcburi dövlət sosial sığortasına  cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi”,  “Pensiya kapitalı barədə məlumat”, “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi” və digər e-xidmətlər  “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlər sırasında yer alıb.
 
 





24.06.2013    çap et  çap et