525.Az

Şair Nazim Əhmədli ilə görüş keçirildi


 

Şair Nazim Əhmədli ilə görüş keçirildi <b style="color:red"></b>

Martın 1-də Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin və S.Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə tanınmış şair Nazim Əhmədli ilə görüş keçirilib.

Bölmənin sədri şairə Gülnarə Cəmaləddin şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Görüşdə AYB-nin Qubadlı rayon bölməsinin sədri Namiq Məna, şairlər Zirəddin Qafarlı, Qüdrət Muğanlı, Nemət Bəxtiyar, Nadir Azay, Məmməd Namaz, Əlibala Ağayev, Məryəm Aslanqızı, Elbrus Qayalı, Hafiz Nəzərli, Rəfiqə Abbasova, Rəfail Laçınlı, Elvin Əlizadə, Fərhad Məhərrəmov, Sevinc Qərib, yazıçı Süleyman Hüseynov , qonaqlardan Qərib Səlimov və başqaları çıxış edərək şairin yaradıcılığından maraqlı nümunələr söyləyiblər. 

Nazim Əhmədli tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək öz yaradıcılığı haqqında danışıb, yeni şeirlərini oxuyub və yeni çapdan çıxan kitablarını S.Vurğun adına Sumqayıt  Mərkəzi Kitabxanasına hədiyyə edib.

Aşıq Nasir Laçınlınin ifasında səslənən saz havaları məclisə bir ayrı ovqat bəxş edərək dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Sonda S.Vurğun adına Mərkəzi Kitabxananın müdiri Yeganə Əhmədova belə tədbirlərin mütamadi olaraq keçirilməsinin bu günümüz üçün əhəmiyyətindən bəhs edərək hər kəsə minnətdarlığını bildirib.

Şahanə Müşfiq

 





02.03.2018    çap et  çap et