525.Az

Türkiyə səfirliyinin müşaviri Bakı Xoreoqrafiya Akademiyasında


 

Türkiyə səfirliyinin müşaviri Bakı Xoreoqrafiya Akademiyasında <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rektoru, professor Timuçin Əfəndiyevin Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya müşaviri, doktor İrfan Çiftçi ilə görüşündə Türkiyənin dövlət və özəl sənət ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin qurulması, tələbə mübadiləsinin həyata keçirilməsi və diplomların qarşılıqlı tanınması məsələləri müzakirə olunub.

BXA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Timuçin Əfəndiyev rəhbərlik etdiyi akademiyanın son üç il ərzində fəaliyyətindən, uğurlarından, beynəlxalq əlaqələrindən, buradakı tədris prosesi və yaradıcılıq işlərindən danışıb. Rektor BXA-nın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən incəsənət təmayüllü ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlamasını və Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvü seçilməsini qeyd edib.

Timuçin Əfəndiyev qardaş Türkiyənin sənət ali təhsil müəssisələrinin nümayəndələrinin BXA tərəfindən Bakıda iyunun 25-27-də keçiriləcək Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində yüksək səviyyədə təmsil olunmasına əminliyini bildirib. İrfan Çiftçi BXA ilə əməkdaşlıqda maraqlı olduğunu və müsabiqədə Türkiyənin də iştirakına dəstək verəcəyini deyib.

Görüşdə birgə sənət layihələri, konsertlər, beynəlxalq konfranslar və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi barədə danışıqlar aparılıb.

 





03.03.2018    çap et  çap et