525.Az

Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub


 

Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub<b style="color:red"></b>

Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən xaricdə münaqişə zonalarında döyüşən 5 nəfər saxlanılıb, 2 nəfər əcnəbi isə beynəlxalq öhdəliklərə əsasən, tərəfdaş dövlətə təhvil verilib. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatında əksini tapıb. Qeyd olunub ki,  xaricdə münaqişə zonalarında döyüşmüş 30 nəfər müəyyənləşdirilib, onların ətrafında tədbirlər həyata keçirilir. 

Xidmət tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 qaçaqmalçı qrup zərərsizləşdirilib.

 





05.03.2018    çap et  çap et