525.Az

Ötən il 26 polis xidmətdən xaric olunub, 40-ı isə vəzifədən azad edilib


 

Ötən il 26 polis xidmətdən xaric olunub, 40-ı isə vəzifədən azad edilib<b style="color:red"></b>

Ötən il cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb. 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir ki, ötən il daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb.

Onlardan 26-sı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində isə digər tənbeh tədbirləri görülüb.

 





05.03.2018    çap et  çap et