525.Az

Müdafiə Nazirliyi Bakıda keçiriləcək paradla bağlı məlumat yayıb


 

Müdafiə Nazirliyi Bakıda keçiriləcək paradla bağlı məlumat yayıb<b style="color:red"></b>

Müdafiə Nazirliyi iyunun 26-da Bakıda keçiriləcək paradla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 525.az-a daxil olan məlumata bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə sabah Azadlıq meydanında keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.
 
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev verəcək.

 





25.06.2013    çap et  çap et