525.Az

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi


 

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: 
 
bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
 
tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
 
tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
 
yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
 
Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur.

 





07.03.2018    çap et  çap et