525.Az

Mart ayı rənglərin qarışığıdı...


 

Mart ayı rənglərin qarışığıdı...<b style="color:red"></b>

... Hava soyuq olsa da, hərdən günəşin ilıq nəfəsi duyulur, könlüm kimi açılıb-tutulur, yəqin ona görə adına "boz ay" deyirlər. Amma mənim üçün mart ayı bir başqa rəngdə, ya da rənglərin qarışığıdı, desəm, daha doğru olar.

Təbiət yavaş-yavaş qış yuxusundan oyandıqca sanki qəlbimizdə bir ümid işartısından gözəl duyğular, xoş arzular baş qaldırır... Çərşənbə axşamlarında, xüsusilə, ilaxır çərşənbədə üzünə xırdaca yağış damlaları - çisək vurduqca elə bil, gözün-könlün təzələnir...

Mart ayı nədən belə titrədir qəlbimi? Çərşənbə qoxusu gəlir havadan, nərgizin, bənövşənin ətri vurur könlümü ruhumdakı Qarabağdan... Gözlərim dolur, yoxsa ürəyim? Qəlbim qübarlanır mart ayında... Həyatımda ən bəxtəvər nə varsa uşaqlığımda - Ağdamın Qiyaslı kəndində qaldığını pıçıldayır qulağıma sanki mart ayı...

Ah! bir də uşaq olarammı?
Tonqaldan atlanarammı?
Novruz bayramı, məni bu həyatla
barışdırarmı?! 

Mart ayı boz ay deyil, rənglərin qarışığı, könlümün yaraşığıdı. Novruz bayramı, o yanan tonqallar bir başqa olurdu Qarabağda... O əsrarəngiz, unudulmaz, doğma Qarabağda Sizinlə tonqal ətrafında görüşmək arzusu ilə!..

Mina RƏŞİD

 





07.03.2018    çap et  çap et