525.Az

Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək


 

Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək<b style="color:red"></b>

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 11.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək. 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. 

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

 





08.03.2018    çap et  çap et