525.Az

Milli Kitabxanada Beynəlxalq Qadınlar günü ilə bağlı sərgi


 

Milli Kitabxanada Beynəlxalq Qadınlar günü ilə bağlı sərgi<b style="color:red"></b>

Martın 7-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında "8 mart-Beynəlxalq Qadınlar günüdür" adlı kitab sərgisi açılıb.

Sərgidə bu günün tarixinə, tarixdə iz qoymuş məşhur qadınlar, onların həyat və yaradıcılığına, anaya aid ədəbiyyat sərgilənib.

Qeyd edilib ki, adın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
 
Qadınlar bayramı dünyanın bir çox ölkələrində qeyd edildiyi kimi Azərbaycanda da geniş qeyd edilir. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.

Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

ŞAHANƏ

 





08.03.2018    çap et  çap et