525.Az

"Jurnalistikamız dövlətimizə qarşı çıxanlarla mübarizə aparmalıdır"


 

"Jurnalistikamız dövlətimizə qarşı çıxanlarla mübarizə aparmalıdır"<b style="color:red"></b>

“Azərbaycan jurnalistləri dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Bakı Dövlət Universitetinin (BDU) professoru Cahangir Məmmədli deyib.
 
O bildirib ki, xarici ölkələrdə müəyyən dairələrin sifarişlərini yerinə yetirərək Azərbaycana qara yaxanlara qarşı Azərbaycan jurnalistlərinin vətəndaşlıq mövqeyi göstərərək cavab verməsi vacibdir: “Bəzi xarici ölkələrdə müəyyən insanlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Buradan onlara üzümü tutub deyirəm ki, kimlərinsə diktəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən Azərbaycanın vicdanlı jurnalistlərini belə insanlara qarşı mübarizə aparmağa çağırıram”.
 
BDU-nun professoru reket jurnalistlərə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb: “Təsəvvür edin cəbhə bölgəsində, raket zərbələrinin, pulemyot gülləsinin altında fəaliyyət göstərən məktəblərin direktorlarından pul tələb edən reket jurnalistlər var. Bu, hansı vicdana, hansı əxlaqa sığır?! Belə hallara son qoymaq lazımdır. Reket jurnalistlərə qarşı mübarizə qanun çərçivəsində gücləndirilməlidir”.

 





10.03.2018    çap et  çap et