525.Az

Buraxılış imtahanında iştirak edəcək şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər


 

Buraxılış imtahanında iştirak edəcək şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər<b style="color:red"></b>

Martın 18-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. 

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilər. 

Qeyd olunub ki, martın 18-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarının, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. 

Həmin gün ilk-peşə ixtisas təhsili müəssisələrinin məzunlarının tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanı da təşkil olunacaq. 

Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdbv/  linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

 





12.03.2018    çap et  çap et