525.Az

Ağsaqqal sözü


 

Ağsaqqal sözü<b style="color:red"></b>

Azərbaycanda ağsaqqal sözünə tarixən hörmət və ehtiramla yanaşılıb. Xalqımızın mentalitetində ağsaqqal məsləhəti, xeyir-duası, sözün əsl mənasında, həmişə xüsusi önəm kəsb edib.

Həyatın ən çətin anlarında da, ən xoş günlərində də keçərli olduğu üçün ağsaqqal sözünə, məsləhətinə zəruri ehtiyac yaranıb. Qarabağın nüfuzlu ağsaqqallarından biri, tanınmış ziyalı Süleyman Qasımovun qənaətinə görə, milli adət-ənənələrimizin qoruyucusu və daşıyıcısı olan ağsaqqallar öz müdrik məsləhətləri ilə gənclərimizə daim düzgün yol göstərib, onların tərbiyəsinin keşiyində dayanıblar. Deyilən tutarlı söz, məqamında verilən ağıllı məsləhət insanların köməyinə çatıb, dayağında durub.

Qeyd edilib ki, bütün dövrlərdə olduğu kimi, müstəqillik dönəmində də ağsaqqallarımız xalqın ön cərgəsində addımlayıb, öz xeyirxahlıq missiyalarını fədakarlıqla yerinə yetiriblər. Respublika Ağsaqqallar Şurasının VII qurultayında qeyd olunduğu kimi, bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün əllərindən gələni əsirgəmirlər. Onlar, xüsusilə, yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsidə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun daha da artdığını vurğulayan S.Qasımov qeyd edib ki, Ümummilli lider ağsaqqallara daim dərin ehtiram bəsləyib, möhkəm inamla güvənib və qayğı ilə yanaşıb.

Təsadüfi deyildir ki, cəmiyyət arasında onların rolu və fəaliyyəti hər  zaman geniş təmin olunub. Süleyman kişi hazırda bu gözəl ənənənin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, respublikada ağsaqqallara göstərilən yüksək dövlət diqqət və qayğısından söhbət açıb. Respublika ağsaqqallarının ali məclisində Ağcabədi ağsaqqallarını təmsil edən Süleyman Qasımov qurultaydan böyük ruh yüksəkliyi və zəngin təçssüratlarla qayıdıb.

O, sözügedən mötəbər məclisdə bölgələrdə fəaliyyət göstərən ağsaqqallar şuralarının qarşısında mühüm vəzifələr qoyulduğunu qeyd edib. Adıçəkilən rayon ağsaqqallar şurasının sədr müavini vəzifəsində çalışan el ağsaqqalı rayonda yaşayıb fəaliyyət göstərən nüfuzlu, sözünün sahib olan ağsaqqalların imkanlarından hərtərəfli istifadə edildiyini dilə gətirib. Süleyman kişi gənclərlə görüşlərdə, hərbi vətənpərvərlik mövzusunda tədbirlərdə, bölgədə həyata keçirilən abadlıq və quruculuq işlərində ağsaqqalların fəal iştirakını xüsusi olaraq, diqqətə çatdırıb.

Yəhya PAŞAZADƏ

 





13.03.2018    çap et  çap et